Baş səhifə
Xəbərlər
Akademiya
Gömrük Akademiyasında “Vəkillik-əsrlərdən bu günə” mövzusunda seminar keçirilmişdir
Gömrük Akademiyasında “Vəkillik-əsrlərdən bu günə” mövzusunda seminar keçirilmişdir
10 noyabr 2021-ci il tarixində Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquqşünaslıq ixtisasında təhsil alan tələbələr üçün "Vəkillik-əsrlərdən bu günə" mövzusunda seminar təşkil edilmişdir. Seminar Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Turan Abdullazadə tərəfindən təqdim edilmişdir.
Seminarda vəkillik fəaliyyəti, vəkilliyin inkişaf tarixi, vəkillərin hüquqi statusu haqqında, eləcə də vəkillərin peşə fəaliyyətləri zamanı qarşılaşdıqları problemlər və maraqlı məqamlar barədə tələbələrə praktiki biliklər verilmişdir. Sonda auditoriyanı maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılmışdır.